Əsas Səhifə > Hadisə > İmişlidə təkər sexində yük avtomobilinin hava balonu partlayıb, iki nəfər xəsarət alıb

İmişlidə təkər sexində yük avtomobilinin hava balonu partlayıb, iki nəfər xəsarət alıb


Bu gün, 12:45


İmişlidə "Man" markalı yük avtomobilinin təkərinə hava vurulan zaman hava balonunun partlaması nəticəsində iki nəfər ağır xəsarət alıb.

Şəffaflıq.az-ın xəbərinə görə, hadisə rayonun Məzrəli kəndində yerləşən təkər təmir sexində qeydə alınıb.

Sexdə "Man" markalı yük avtomobilinin pnevmatik hava balonuna hava vurularkən balon partlayıb.

Nəticədə Səxavət Məmmədov və Nurlan Fətəliyev ağır xəsarətlər alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.


Geri qayıt