Əsas Səhifə > REGİON > Belqorod vilayətinə raket hücumu nəticəsində 6 nəfər həlak olub
Belqorod vilayətinə raket hücumu nəticəsində 6 nəfər həlak olubBu gün, 09:37 |
|
Ukrayna ordusunun Belqorod vilayətinin Koloskovo kəndinə endirdiyi zərbələr nəticəsində 6 dinc sakin həlak olub. Şəffaflıq.az Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə Belqorod vilayətinin qubernatoru vəzifəsini müvəqqəti icra edən Aleksandr Şuvayev bildirib. Bundan başqa, 4 nəfər, o cümlədən 1 uşaq xəsarət alıb. Xəsarət alanlardan ikisi xəstəxanaya yerləşdirilməkdən imtina edib, digərləri, o cümlədən 14 yaşlı yeniyetmə isə xəstəxanaya göndərilib. Qubernator qeyd edib ki, zərbə nəticəsində, həmçinin bir tikili yanıb və minik avtomobili zədələnib. Geri qayıt |