Əsas Səhifə > DİGƏR ÖLKƏLƏR > Almaniyada helikopter qəzaya uğrayıb, pilot ölüb

Almaniyada helikopter qəzaya uğrayıb, pilot ölüb


Bu gün, 15:45


Noydorf və Berenştayn (Almaniya) arasındakı meşədə helikopter qəzaya uğrayıb, nəticədə pilot ölüb.

Şəffaflıq.az xəbər verir ki, bu barədə Almaniya mediası polisə istinadən məlumat yayıb.

Bildirilib ki, qəzadan sonra yanğın başlayıb və helikopter tamamilə yanıb.

Yanğını söndürmək üçün bir neçə yanğınsöndürmə heyəti cəlb edilib, çünki hadisə Erzgebirge silsiləsinin (Filiz dağları - red.) tərkibinə daxil olan 887 metr hündürlüyündəki dağın yaxınlığında baş verib.


Geri qayıt