Əsas Səhifə > Hadisə > Göyçayda üç minik avtomobili toqquşub, xəsarət alanlar var

Göyçayda üç minik avtomobili toqquşub, xəsarət alanlar var


Bu gün, 14:11


Göyçayda üç minik avtomobili toqquşub, xəsarət alanlar var.

Şəffaflıq.az xəbər verir ki, hadisə rayon mərkəzində qeydə alınıb.

Zəncirvari yol qəzası nəticəsində avtomobillərdə olan 5 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.

Yaralılar Göyçay Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.


Geri qayıt