Əsas Səhifə > İnfrastruktur > Ələt və Türkmənbaşı limanları yük axınına nəzarətdə əməkdaşlığı gücləndirir

Ələt və Türkmənbaşı limanları yük axınına nəzarətdə əməkdaşlığı gücləndirir


Bu gün, 14:06


Türkmənbaşı (Türkmənistan) və Ələt (Azərbaycan) beynəlxalq dəniz limanlarında dəniz daşımaları sahəsində məlumat mübadiləsi üzrə birgə praktiki təlim keçirilib.

Şəffaflıq.az Türkmənistanın Dövlət Gömrük Xidmətinə istinadən xəbər verir ki, məqsəd yük axınlarına nəzarətin səmərəliliyinin artırılması və region ölkələrinin liman xidmətləri arasında əməkdaşlığın gücləndirilməsi olub.

Təlimdə Türkmənistan, Azərbaycan, Qazaxıstan və Tacikistanın liman nəzarəti qrupları iştirak ediblər.

Tədbir çərçivəsində Xəzər dənizində beynəlxalq yük dövriyyəsinin inkişafına, malların qanunsuz dövriyyəsinə qarşı mübarizəyə və bununla bağlı risklərin azaldılmasına xüsusi diqqət yetirilib. Mütəxəssislərin peşəkar bacarıqlarının, operativ məlumat mübadiləsinin və Türkmənbaşı və Ələt beynəlxalq dəniz limanları arasında birbaşa qarşılıqlı əlaqənin təkmilləşdirilməsi də prioritet olub.

İştirakçılar praktiki təcrübə mübadiləsi aparıb və mal-müşayiət sənədlərinin təhlili, eləcə də yük və nəqliyyat vasitələrinə gömrük baxışının keçirilməsi vərdişlərini təkmilləşdiriblər.


Geri qayıt