Əsas Səhifə > Hadisə > Hacıqabulda avtomobilin vurduğu piyada ölüb
Hacıqabulda avtomobilin vurduğu piyada ölübBu gün, 09:43 |
|
Hacıqabulda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Şəffaflıq.az-ın məlumatına görə, hadisə Bakı-Qazax magistral yolunun şəhər ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, Şirvan şəhər sakini 1966-cı il təvəllüdlü Hüseynov Valeh Hidayət oğlunu yol keçən zaman avtomobil vurub. Ağır bədən xəsarətləri alan yaralı Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb. Həkimlərin səyinə baxmayaraq, o, xəstəxanada dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılır. Geri qayıt |