Əsas Səhifə > DİGƏR ÖLKƏLƏR > Rusiya Xarkov və Xerson vilayətlərinə zərbə endirib: 2 nəfər ölüb, 15 nəfər xəsarət alıb

Rusiya Xarkov və Xerson vilayətlərinə zərbə endirib: 2 nəfər ölüb, 15 nəfər xəsarət alıb


Bu gün, 10:38


Rusiyanın Ukraynanın Xarkov və Xerson vilayətlərinə hücumları nəticəsində 2 nəfər həlak olub, 15 nəfər yaralanıb.

Şəffaflıq.az xəbər verir ki, bu barədə Xarkov Vilayət Hərbi Administrasiyasının rəhbəri Oleq Sinequbov və Xerson Vilayət Hərbi Administrasiyasının rəhbəri Aleksandr Prokudin məlumat verib.

O.Sinequbovun sözlərinə görə, ötən sutka ərzində Rusiya qoşunları Xarkova və vilayətin doqquz yaşayış məntəqəsinə raketlər, reaktiv yaylım atəşi sistemləri və müxtəlif tipli pilotsuz uçuş aparatları ilə zərbələr endirib. Hücumlar nəticəsində 13 nəfər, o cümlədən 15 yaşlı yeniyetmə xəsarət alıb.

A.Prokudin bildirib ki, Rusiyanın zərbə PUA-larının gecə saatlarında Xersona hücumu nəticəsində iki dinc sakin həlak olub, daha iki nəfər yaralanıb.


Geri qayıt