Əsas Səhifə > REGİON > Tatarıstana dronla zərbələr nəticəsində 7 Özbəkistan vətəndaşı ölüb

Tatarıstana dronla zərbələr nəticəsində 7 Özbəkistan vətəndaşı ölüb


Bu gün, 16:27


Tatarıstan Respublikasının (Rusiya) Nijnekamsk şəhərindəki bir sıra obyektlərə pilotsuz uçuş aparatları ilə (PUA) zərbələr nəticəsində 7 Özbəkistan vətəndaşı ölüb.

Şəffaflıq.az xəbər verir ki, bu barədə Özbəkistanın Kazandakı Baş Konsulluğu məlumat yayıb.

Konsulluqdan bildirilib ki, vəziyyət nəzarətə götürülüb və baş verənlərin təfərrüatlarını aydınlaşdırmaq üçün yerli səlahiyyətli orqanlar və istintaq strukturları ilə zəruri əlaqələr qurulub.

Məhkəmə-tibbi ekspertizası və zəruri rəsmi prosedurlar başa çatdıqdan sonra ölən vətəndaşların meyitlərinin vətənə çatdırılması planlaşdırılır.

Tatarıstanın hüquq-mühafizə orqanlarının məlumatına görə, baş vermiş hadisə nəticəsində 13 nəfər ölüb.


Geri qayıt