Əsas Səhifə > Hadisə > Qaradağda dənizdə batan qadınların kimliyi məlum olub.
Qaradağda dənizdə batan qadınların kimliyi məlum olub.Bu gün, 16:25 |
|
Qaradağda dənizdə batan qadınların kimliyi məlum olub. Bu barədə Şəffaflıq.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib. Bildirilib ki, nazirliyin"112" qaynar telefon xəttinə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində ən yaxın sularda xilasetmə məntəqəsindən 700 metr aralı dənizdə nəzarətsiz ərazidə 2 nəfərin batması barədə məlumat daxil olub. Məlumatla əlaqədar dərhal FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunub. Axtarışlar nəticəsində dalğıclar tərəfindən 1977-ci il təvəllüdlü Qurbanova Ziyafət Kamal qızının və 1986-cı il təvəllüdlü Məmmədova Nurlana Muradxan qızının meyitləri suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Geri qayıt |