Əsas Səhifə > Hadisə > Füzulidə avtomobil ağaca çırpılıb, xəsarət alanlar var

Füzulidə avtomobil ağaca çırpılıb, xəsarət alanlar var


Bu gün, 09:57


Füzulidə yol-nəqliyyat hadisəsi baş verib.

Şəffaflıq.az-ın xəbərinə görə, rayon ərazisində hərəkətdə olan "Hyundai" markalı minik avtomobili idarəetmədən çıxaraq yol kənarındakı irigövdəli ağaca çırpılıb.

Qəza nəticəsində sürücü ilə yanaşı, avtomobildə olan sərnişinlər də xəsarət alıblar. Yaralılar xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.


Geri qayıt