Əsas Səhifə > REGİON > Kamçatkada qızıl yatağında partlayış baş verib, ölən və yaralananlar var

Kamçatkada qızıl yatağında partlayış baş verib, ölən və yaralananlar var


Bu gün, 09:51


Kamçatkada Asaça qızıl yatağında balonun partlaması nəticəsində bir nəfər ölüb, iki nəfər xəsarət alıb.

Şəffaflıq.az Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə regional İstintaq Komitəsindən məlumat verilib.

Yelizovo şəhər prokurorluğu faktla bağlı araşdırma aparır.

"İlkin məlumatlara görə, tikinti meydançasında podratçı təşkilat tərəfindən qaynaq işləri aparılarkən propan balonu partlayıb", - Kamçatka diyarı prokurorluğundan bildirilib.

Tikinti işləri aparılarkən təhlükəsizlik qaydalarının pozulması faktı üzrə (Rusiya Federasiyası Cinayət Məcəlləsinin 216-cı maddəsinin 2-ci hissəsi) cinayət işi başlanıb.


Geri qayıt