Əsas Səhifə > XARİCİ XƏBƏR > "Haber Global": Vaşinqton sammiti Cənubi Qafqazda sülhə gedən yolda mühüm mərhələdir

"Haber Global": Vaşinqton sammiti Cənubi Qafqazda sülhə gedən yolda mühüm mərhələdir


Bu gün, 13:13


Bu gün olduqca önəmli bir tarixin ildönümüdür. Belə ki, 2025-ci il avqustun 8-də Vaşinqtonda ABŞ Prezidenti Donald Trampın ev sahibliyi ilə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında keçirilən zirvə görüşündən bir il ötür.

Şəffaflıq.az xəbər verir ki, "Haber Global" Cənubi Qafqazda sülhün təsis edilməsi kimi xarakterizə edilən həmin sammit haqqında süjet hazırlayıb.

Videosüjetdə qeyd edilib ki, sammitdə Azərbaycan və Ermənistan arasında sülh sazişinin mətni paraflanıb və bu hadisə Cənubi Qafqazda sülhə gedən yolda mühüm mərhələ kimi qiymətləndirilib.

Bildirilib ki, ötən bir il ərzində Bakı ilə İrəvan arasında münasibətlərin normallaşdırılması istiqamətində bir sıra praktiki addımlar atılıb. Vurğulanıb ki, Azərbaycan üzərindən Ermənistana yükdaşımalara tətbiq edilən məhdudiyyətlər aradan qaldırılıb, həmçinin Azərbaycandan keçməklə Ermənistana müxtəlif məhsulların daşınmasına başlanılıb, Zəngəzur dəhlizinin (TRIPP - Trump Route for International Peace and Prosperity) açılması istiqamətində addımlar davam etdirilir.

Videomaterialda Azərbaycanın sülh addımlarının regionda yeni əməkdaşlıq imkanları yaratdığı, Qarabağda isə bərpa-quruculuq prosesinin davam etdiyi, rəsmi sülh müqaviləsinin imzalanması üçün Ermənistanın Konstitusiyasında dəyişiklik edilməsinin zəruriliyi diqqətə çatdırılıb.


Geri qayıt