Əsas Səhifə > DİGƏR ÖLKƏLƏR > Ukrayna Qara dənizdə Qazaxıstan nefti daşıyan tankerlərə hücum etməməyi öhdəsinə götürüb
Ukrayna Qara dənizdə Qazaxıstan nefti daşıyan tankerlərə hücum etməməyi öhdəsinə götürübBu gün, 08:43 |
|
Ukrayna Rusiya ilə əlaqəsi olmayan neft tankerlərinə və Qazaxıstan neftinin ixracı üçün zəruri olan Qara dənizdəki infrastruktura zərbələr endirməməyi öhdəsinə götürüb. Şəffaflıq.az xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi amerikalı məmura istinadən məlumat yayıb. Məmurun sözlərinə görə, Kiyev Xəzər Boru Kəməri Konsorsiumunun (XBKK) infrastrukturuna, eləcə də terminala doğru hərəkət edən gəmilərə zərbələr endirməkdən çəkinəcək. Bir şərtlə ki, həmin gəmilər Rusiya ilə əlaqəli olmasın, Ukraynanın sanksiyaları altında olmasın və Rusiya yükü daşımayıb. Vurğulanıb ki, Ukrayna bu öhdəlikləri ABŞ rəsmiləri ilə danışıqlardan sonra üzərinə götürüb. Bundan əvvəl "The Wall Street Journal" (WSJ) mənbələrə istinadən xəbər verib ki, ABŞ prezidenti Donald Trampın administrasiyası Ukraynanı Qara dənizdə üçüncü ölkələrə məxsus gəmilərə və neft infrastrukturuna zərbələr endirməyin yolverilməz olduğu barədə xəbərdar edib. Nəşrin məlumatına görə, Amerikanın Chevron şirkətinin baş direktoru Mayk Virt Ağ Ev nümayəndələri ilə söhbətində Ukraynanın zərbələri nəticəsində yaranan dolayı zərər məsələsini qaldırıb. Şirkət XBKK-da 15 faizlik paya sahibdir və öz infrastrukturunun qorunmasında maraqlıdır. Konsorsium Qara dənizdəki terminalı ərazisində tankerlərə PUA hücumları barədə dəfələrlə məlumat verib. XBKK-nın neft kəməri sistemi Xəzər regionundan dünya bazarlarına neft nəqlinin ən böyük marşrutudur. Uzunluğu 1,5 min km olan magistral boru kəməri Qərbi Qazaxıstandakı yataqları Qara dənizin Rusiya sahili ilə birləşdirir. Burada neft XBKK-nın dəniz terminalı vasitəsilə tankerlərə yüklənir. Geri qayıt |