Əsas Səhifə > Hadisə > Lənkəranda yardım adı ilə təqaüdçüləri aldatmaqda təqsirləndirilən şəxs həbs olunub

Lənkəranda yardım adı ilə təqaüdçüləri aldatmaqda təqsirləndirilən şəxs həbs olunub


Bu gün, 17:10


Lənkəranda bankomatdan pul çıxarmaq üçün kömək istəyən şəxslərin vəsaitlərini oğurlamaqda təqsirləndirilən 44 yaşlı, əvvəllər məhkum olunmuş Ruhid Əliyev həbs olunub.

Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan məlumat verilib.

Bildirilib ki, keçirilən tədbirlərlə müəyyən edilib ki, Ruhid Əliyev bankomatdan pul çıxarmaqda çətinlik çəkən təqaüdçülərə kömək etmək adı ilə onların kartlarındakı vəsaitləri ələ keçirib.

Araşdırmalar zamanı onun bu üsulla ümumilikdə 7 nəfərin pulunu taladığı məlum olub.

Faktlarla bağlı cinayət işi başlanılıb, R.Əliyev barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Şəffaflıq.az


Geri qayıt