Əsas Səhifə > Hadisə > Zərdabda qəsdən yanğın törətməkdə şübhəli bilinən şəxs saxlanılıb

Zərdabda qəsdən yanğın törətməkdə şübhəli bilinən şəxs saxlanılıb


Bu gün, 17:07


Zərdab rayonunun Hüseynxanlı kəndi ərazisində qəsdən yanğın hadisəsi törədən şəxs polis əməkdaşları tərəfindən müəyyən edilib.

Şəffaflıq.az xəbər verir ki, araşdırmalarla yanğının kənd sakini Ə.Quliyev tərəfindən törədildiyi məlum olub.

Hadisə nəticəsində 1 hektara yaxın ərazidə quru otlaq sahəsi yanıb. Əməli törədən şəxs barəsində hüquqi məsuliyyət tədbirləri görülüb.


Geri qayıt