Əsas Səhifə > ELM VƏ TƏHSİL > Bakıda 7 təhsil müəssisəsində tikinti və əsaslı təmir işləri aparılır
Bakıda 7 təhsil müəssisəsində tikinti və əsaslı təmir işləri aparılırBu gün, 12:48 |
|
Yeni tədris ilinə hazırlıq çərçivəsində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki 7 təhsil müəssisəsində tikinti və əsaslı təmir işləri aparılır. Şəffaflıq.az xəbər verir ki, hazırda BŞTİ-nin tabeliyində fəaliyyət göstərən 3 məktəbin (57, 68 və 141 nömrəli) sökülərək yenidən tikintisi, 1 məktəbin (İncəsənət Gimnaziyası) və 3 uşaq bağçasının isə (352 nömrəli uşaq bağçası, Nəriman Qəhrəmanov adına körpələr evi-uşaq bağçası, Etibar Ömərov adına uşaq bağçası) əsaslı təmiri davam edir. Eləcə də, ehtiyac olan digər təhsil müəssisələrində cari təmir və mühəndis-kommunikasiya işləri həyata keçirilir. Qeyd edək ki, 2025-2026-cı tədris ili ərzində BŞTİ-nin tabeliyindəki 4 məktəbdə (59, 151, 324 və 313 nömrəli) və 2 uşaq bağçasında (101 və 351 nömrəli) yenidənqurma və təmir-bərpa işləri yekunlaşdırılaraq istifadəyə verilib. Bununla yanaşı, 5 məktəbəqədər təhsil müəssisəsi (99, 116, 257, 328 nömrəli və A. Məmmədov adına uşaq bağçası) əsaslı təmirdən sonra fəaliyyətə başlayıb. Geri qayıt |