Əsas Səhifə > SİYASƏT > Rəşad Nəbiyev Zəngilanda vətəndaşları qəbul edib
Rəşad Nəbiyev Zəngilanda vətəndaşları qəbul edibBu gün, 15:29 |
|
Bu gün rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Zəngilan rayonunun Ağalı kəndində Zəngilan, Cəbrayıl və Qubadlı rayonlarının sakinlərini qəbul edib. Şəffaflıq.az xəbər verir ki, bunu nazir "X" sosial şəbəkəsindəki hesabında bildirib. "Vətəndaşların nəqliyyat, telekommunikasiya və poçt xidmətləri ilə bağlı müraciətlərinə baxdıq. Göstərilən məsələlərin bir hissəsi yerində müsbət həllini tapdı. Digər qisminin araşdırılması ilə bağlı Nazirliyin müvafiq qurumlarına tapşırıqlar verildi", - deyə o qeyd edib. Geri qayıt |