Əsas Səhifə > DİGƏR ÖLKƏLƏR > Almaniyanın Leypsiq aeroportu ərazisində daha bir dronun qalıqlarının axtarışları aparılır

Almaniyanın Leypsiq aeroportu ərazisində daha bir dronun qalıqlarının axtarışları aparılır


Bu gün, 12:51


Leypsiq-Halle hava limanında ikinci drona aid olduğu ehtimal edilən qalıqların axtarışı davam etdirilir.

Şəffaflıq.az Almaniya mediasına istinadən xəbər verir ki, bu barədə Saksoniya əyalətinin daxili işlər naziri Armin Şuste bildirib.

"Leypsiq hava limanında partlayıcı vasitə quraşdırılmış dronun aşkar edilməsindən bir gün sonra araşdırma davam edir. İkinci naməlum obyektin axtarışlarına bu gün səhər başlanıb", - o vurğulayıb.

Qeyd edək ki, partlayıcı qurğu ilə təchiz edilmiş birinci dron avqustun 5-nə keçən gecə cənub uçuş-enmə zolağında aşkar edilib. Təhlükəsizlik xidmətlərindəki mənbələrin məlumatına görə, o, Ukraynaya məxsus "An-124 Kondor" yük təyyarəsinin yaxınlığında olub.

Bundan əlavə, yük təyyarəsi uçuş-enmə zolağının bağlanması səbəbindən Hannover hava limanına istiqamət alıb. Hannoverdə eniş etdikdən sonra təyyarənin burun hissəsində cüzi zədələr aşkar olunub. Onun ikinci dronla toqquşduğu ehtimal edilir.

Daha əvvəl Almaniyanın daxili işlər naziri Aleksandr Dobrindt bildirmişdi ki, Leypsiq hava limanında partlayıcı vasitə quraldırılmış dronun aşkar edilməsi ölkə üçün "yeni təhlükə səviyyəsi" mənasını verir və bu, "hibrid təhdid ssenarisi" kimi nəzərdən keçirilir.


Geri qayıt