Əsas Səhifə > REGİON > Rusiya Qara dənizdə yük gəmilərinə dron zərbələri endirib
Rusiya Qara dənizdə yük gəmilərinə dron zərbələri endiribBu gün, 11:04 |
|
Rusiya Silahlı Qüvvələri Qara dənizdə iki quru yük gəmisini pilotsuz uçuş aparatları ilə vurub. Şəffaflıq.az Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyindən bildirilib. Qurumun məlumatına görə, gəmilər Odessanın cənubunda və şərqində olub, onlar hərbi təyinatlı yüklərin daşınmasını həyata keçirirdilər. Daha əvvəl Müdafiə Nazirliyi bildirmişdi ki, avqustun 5-nə keçən gecə Rusiya Silahlı Qüvvələri Odessanın cənubunda üç quru yük gəmisini vurub. Geri qayıt |