Əsas Səhifə > Hadisə > Yaşayış binasında təhlükəsizlik tələblərinə cavab verməyən liftlərin istismarı dayandırılıb
Yaşayış binasında təhlükəsizlik tələblərinə cavab verməyən liftlərin istismarı dayandırılıbBu gün, 11:03 |
|
Bakı şəhəri, Nərimanov rayonu, Əliəşrəf Əlizadə, ev 55A ünvanında yerləşən "Çarbağ" MMC-yə məxsus çoxmərtəbəli yaşayış binasının liftlərinin fəaliyyəti dayandırılıb. Bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib. Bildirilib ki, yoxlama zamanı liftlərin müvafiq təhlükəsizlik tələblərinə cavab vermədiyindən insan həyatı və sağlamlığı üçün təhlükə yaratdığı müəyyən olunub. Qeyd edilənlər nəzərə alınaraq, liftlərin istismarı dayandırılıb və texniki təhlükəsizliklə bağlı aşkar olunmuş pozuntuların aradan qaldırılması üçün "Çarbağ" MMC qarşısında məsələ qaldırılıb. Həmçinin, müvafiq akt tərtib edilərək, yalnız qayda pozuntularının aradan qaldırılacağı təqdirdə liftlərin istismarının mümkün olacağı, həmçinin sözügedən qurğuların müvafiq normalara riayət olunmadan istismarı zamanı baş verə biləcək qəza və bədbəxt hadisəyə görə MMC-nin hüquqi məsuliyyət daşıdığı müəssisənin nümayəndəsinə izah olunub. Şəffaflıq.az Geri qayıt |