Əsas Səhifə > REGİON > Türkiyə Milli Təhlükəsizlik Şurasının iclasında Cənubi Qafqazdakı vəziyyət də müzakirə olunacaq

Türkiyə Milli Təhlükəsizlik Şurasının iclasında Cənubi Qafqazdakı vəziyyət də müzakirə olunacaq


Bu gün, 11:01


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Milli Təhlükəsizlik Şurasının (MTŞ) avqustun 6-da keçiriləcək toplantısında Cənubi Qafqazdakı vəziyyət də müzakirə ediləcək.

Şəffaflıq.az xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb.

Qeyd olunub ki, toplantıda Türkiyə Böyük Millət Məclisinə (TBMM) təqdim edilən "Terrorsuz Türkiyə haqqında" qanun layihəsi ilə yanaşı, keçmiş PKK terror təşkilatının tərksilah prosesindəki son vəziyyət və ərazidən gələn kəşfiyyat hesabatları da müzakirəyə çıxarılacaq.

Bildirilib ki, MTŞ-də terrorla mübarizə çərçivəsində görülən tədbirlərdən başqa regional və beynəlxalq təhlükəsizlik məsələləri də nəzərdən keçiriləcək.

Toplantıda həmçinin ABŞ ilə İran arasında davam edən böhranla əlaqədar diplomatik təşəbbüslər, Qara dənizdəki gəmiçilik təhlükəsizliyinin əhatəli şəkildə qiymətləndirilməsi gözlənilir. Eyni zamanda, Kiprdəki son hadisələr, Suriya və İraqdakı vəziyyət, İsrailin bölgədə keçirdiyi əməliyyatlar, Rusiya-Ukrayna müharibəsinin gedişi və Afrikanın bəzi ölkələrində cərəyan edən proseslər də müzakirə olunacaq mövzular arasındadır.


Geri qayıt