Əsas Səhifə > İnfrastruktur > Şirvan kanalının Göyçaydakı sızma baş vermiş hissəsində bənd bərpa edilib
Şirvan kanalının Göyçaydakı sızma baş vermiş hissəsində bənd bərpa edilibDünən, 16:14 |
|
Şirvan kanalının Göyçay rayonu ərazisindən keçən, sızma baş vermiş hissəsindəki bənd artıq bərpa edilib. Bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən məlumat verilib. Məlumata görə, hazırda təmir-bərpa işləri tam yekunlaşdırılıb. Yevlax, Ağdaş, Göyçay, Ucar və Zərdab rayonlarında suyun verilişi bərpa olunub. Hacıqabul, Ağsu, Kürdəmir və Şamaxı rayonlarının isə su ilə təminatı sabah axşam saatlarınadək, bütün ərazilər üzrə tam həcmdə suyun verilməsi isə 7 avqust səhər saatlarından həyata keçiriləcək. Hadisə baş verən andan etibarən əraziyə xüsusi texnika və canlı qüvvə cəlb olunub, işlərə dərhal başlanılıb. Operativ şəkildə həyata keçirilən tədbirlər nəticəsində bənd qısa müddətdə bərpa olunaraq suyun verilməsi mərhələli şəkildə təmin edilib. Görülən işlərlə əlaqədar sakinlərin su təminatında müvəqqəti fasilə yarandığına görə həmin ərazilərə su maşınları cəlb edilib, vətəndaşlar su ilə təmin olunublar. Şəffaflıq.az Geri qayıt |