Əsas Səhifə > DİGƏR ÖLKƏLƏR > Leypsiq aeroportunda PUA tapılıb

Leypsiq aeroportunda PUA tapılıb


Dünən, 16:09


Almaniyanın Leypsiq şəhərindəki Halle hava limanında üzərinə naməlum cisim bərkidilmiş pilotsuz uçuş aparatı (PUA) aşkar edilib. Sonradan bunun partlayıcı qurğu olduğu məlum olub.

Şəffaflıq.az xəbər verir ki, bu barədə "Bild" nəşri məlumat yayıb.

Bildirilib ki, detonatoru olan PUA Ukraynaya məxsus "An-24" yük təyyarəsinin yaxınlığında aşkar edilib.

Federal polis əraziyə bomba zərərsizləşdirmə üzrə mütəxəssisləri göndərib.

Uçuşlar dərhal dayandırılıb. Bir neçə təyyarə ehtiyat aerodromlara yönləndirilib.


Geri qayıt