Əsas Səhifə > Cəmiyyət > Doğum haqqında şəhadətnamələrlə bağlı yeni qərar

Doğum haqqında şəhadətnamələrlə bağlı yeni qərar


27-03-2020, 09:35
Nazirlər Kabineti “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nda müvafiq dəyişiklik edib.
Şəffaflıq.az xəbər verir ki, qərara görə, tərbiyə və müalicə müəssisələri isə yetkinlik yaşına çatmayan uşaqların və fəaliyyət qabiliyyəti olmayan hesab edilmiş şəxslərin doğumu haqqında təkrar şəhadətnamələrinin verildiyi subyektlər sırasından çıxarılıb.
Beləliklə, son dəyişiklikdən sonra yetkinlik yaşına çatmayan uşaqların və fəaliyyət qabiliyyəti olmayan hesab edilmiş şəxslərin doğumu haqqında təkrar şəhadətnamələr valideynlərə, övladlığa götürənlərə, qəyyumlara, himayəçilərə, qəyyumluq və himayə orqanlarına, sosial xidmət müəssisələrinə və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun şəhər, rayon şöbələrinə verilə bilər.

Geri qayıt