Əsas Səhifə > Hadisə > Qaxda iki avtomobil toqquşub, xəsarət alanlar var
Qaxda iki avtomobil toqquşub, xəsarət alanlar varDünən, 16:47 |
|
Qax rayonunda baş verən avtomobil qəzasında iki nəfər xəsarət alıb. Şəffaflıq.az-ın məlumatına görə, hadisə Qax-Zaqatala avtomobil yolunun rayonun Ləkit kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Hərəkətdə olan "Hyundai" və "Niva" markalı iki avtomobil toqquşub. Nəticədə yol kənarına aşan "Hyundai"da olan iki nəfər xəsarət alıb. Onlar Qax Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər Faktla bağlı araşdırma aparılır. Geri qayıt |