Əsas Səhifə > SİYASƏT > Payızda Bakıda Estoniya səfirliyi açılacaq
Payızda Bakıda Estoniya səfirliyi açılacaqDünən, 16:36 |
|
2026-cı ilin payızında Bakıda Estoniya səfirliyi açılacaq. Bu barədə Estoniyanın Xarici İşlər Nazirliyindən bildirilib. "Estoniyanın yeni təyin olunmuş səfiri Tiina Nirk hazırda Bakıdadır, Estoniya səfirliyinin açılışı isə payıza planlaşdırılır", - XİN nümayəndəsi bildirib. Xatırladaq ki, 2025-ci ilin oktyabrında Estoniyanın xarici işlər naziri Marqus Tsahkna 2026-cı ildə Bakıda Estoniya səfirliyini açmaq planlarını elan etmişdi. İndiyə qədər Estoniyanın Azərbaycandakı diplomatik missiyası iqamətgahı Ankarada (Türkiyə) olmaqla fəaliyyət göstərirdi. Şəffaflıq.az Geri qayıt |