Əsas Səhifə > Maraqlı > "Telegram" messenceri "App Store"da bərpa olunub
"Telegram" messenceri "App Store"da bərpa olunubDünən, 10:00 |
|
"Telegram" messenceri yenidən "Apple" şirkətinin "App Store" tətbiqlər mağazasında əlçatandır. Şəffaflıq.az "Reuters"ə istinadən xəbər verir ki, "Telegram" tətbiqin əvvəllər bütün dünyadakı istifadəçilər üçün "App Store"dan yoxa çıxmasından sonra bərpa olunduğunu bildirib. "Telegram" "App Store"da bərpa edilib və tezliklə bütün istifadəçilər üçün əlçatan olacaq", - şirkətin məlumatında qeyd olunub. "Apple" və "Telegram" tətbiqin müvəqqəti silinməsinin səbəblərini açıqlamayıb. "iPhone" cihazlarında əvvəlcədən quraşdırılmış messencerdən istifadə mümkün idi. Geri qayıt |