Əsas Səhifə > Dünya > Çin hökumətindən ŞOK QƏRAR – Bütün əcnəbilər 28 martdan...
Çin hökumətindən ŞOK QƏRAR – Bütün əcnəbilər 28 martdan...26-03-2020, 22:56 |
Çin hökuməti ölkəyə gələn bütün əcnəbilərə sərhədlərin bağlanması barədə qərar qəbul edib. Şəffaflıq.az xəbər verir ki, bu qərara səbəb Çində koronavirusa yoluxma hallarının kəskin azalması və xaricdən gələn insanlar vasitəsilə bu virusun yenidən alovlanması riskidir. Açıqlamada bildirilib ki, 28 mart tarixindən etibarən Çinin bütün sərhədləri bağlanacaq və əcnəbilərin ölkəyə daxil olmasına icazə verilməyəcək. Qeyd edək ki, dünyaya koronavirus məhz Çinin Uhan şəhərindən yayılıb. Geridə qalan müddətdə sərt karantin tədbirləri görən Çin bu virusu ölkə daxilində lokallaşdırmağı bacarıb. Geri qayıt |