Əsas Səhifə > SİYASƏT > Azərbaycanın Hindistandakı səfiri geri çağırılıb, İtaliyaya təyin edilib
Azərbaycanın Hindistandakı səfiri geri çağırılıb, İtaliyaya təyin edilibBu gün, 14:28 |
|
Elçin Nəriman oğlu Hüseynli Azərbaycanın Hindistanda, eyni zamanda Banqladeşdə, Butan Krallığında, Maldiv Respublikasında, Nepalda və Şri-Lanka Demokratik Sosialist Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb. Şəffafıq.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb. Dövlət başçısının digər Sərəncamı ilə E.Hüseynli Azərbaycanın İtaliyada fövqəladə və səlahiyyətli səfiri təyin edilib. Qeyd edək ki, Elçin Hüseynli 2023-cü ildə Azərbaycanın Hindistandakı səfiri təyin edilmişdi. Geri qayıt |