Əsas Səhifə > SİYASƏT > Hərbi xidmətə çağırış üzrə komissiyada TƏBİB-in təmsilçisi dəyişib
Hərbi xidmətə çağırış üzrə komissiyada TƏBİB-in təmsilçisi dəyişibBu gün, 11:55 |
|
Azərbaycan vətəndaşlarının müddətli həqiqi hərbi xidmətə çağırışı üzrə Mərkəzi Çağırış Komissiyasının üzvlərindən biri dəyişib. Şəffaflıq.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov "Azərbaycan Respublikası vətəndaşlarının müddətli həqiqi hərbi xidmətə çağırışı üzrə Mərkəzi Çağırış Komissiyasının tərkibi"nin və "2016-cı il iyulun 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılan çağırışçıların say bölgüsü"nün təsdiq edilməsi haqqında" Nazirlər Kabinetinin 2016-cı il 14 iyun tarixli 229 nömrəli Qərarında dəyişiklik edib. Dəyişikliklə komissiyanın üzvləri sırasında TƏBİB-i İcraçı direktor yox, direktor müavini təmsil edəcək. Geri qayıt |