Əsas Səhifə > DİGƏR ÖLKƏLƏR > Sietldə kütləvi atışma zamanı iki nəfər ölüb
Sietldə kütləvi atışma zamanı iki nəfər ölübBu gün, 09:48 |
|
Amerikanın Sietl şəhərində baş verən kütləvi atışma nəticəsində iki nəfər ölüb, ən azı beş nəfər yaralanıb. Şəffaflıq.az "The Seattle Times" nəşrinə istinadən xəbər verir ki, atışma bazar günü axşam bir neçə min insanın iştirakı ilə "Bite of Seattle" qastronomiya festivalının keçirildiyi "Seattle Center" kompleksinin ərazisində baş verib. Saat 18:00 radələrində (Bakı vaxtı ilə bazar ertəsi saat 05:00-da - red.) ərazidə silsilə atəş səsləri eşidilib, bundan sonra ziyarətçilər qaçmağa və sığınacaq axtarmağa başlayıblar. Şahidlərdən biri çoxlu insan toplaşdığı üçün izdiham yarandığını bildirib. Yaralıların çatdırıldığı "Harborview" tibb mərkəzindən dörd zərərçəkənin vəziyyətinin kafi qiymətləndirildiyini qeyd ediblər, 56 yaşlı qadının aldığı odlu silah yarası isə kritikdir. Hazırkı vaxta qədər şübhəlinin saxlanılması barədə məlumat daxil olmayıb. Polis sakinləri hadisə ərazisindən uzaq durmağa çağırıb. Geri qayıt |