Əsas Səhifə > DİGƏR ÖLKƏLƏR > Rusiya Pavloqrada zərbə endirib, ölən və yaralananlar var
Rusiya Pavloqrada zərbə endirib, ölən və yaralananlar varBu gün, 14:32 |
|
Rusiya qoşunları Ukraynanın Dnepropetrovsk vilayətinin Pavloqrad şəhərindəki qida sənayesi müəssisəsinə zərbə endirib, nəticədə 3 nəfər ölüb, azı 10 nəfər yaralanıb. Şəffaflıq.az xəbər verir ki, bu barədə Dnepropetrovsk Vilayət Hərbi Administrasiyasının rəhbəri Aleksandr Qanja məlumat verib. Onun sözlərinə görə, hücum nəticəsində müəssisənin ərazisində yanğın baş verib: "Yaralılar xəstəxanaya yerləşdirilib, onlara lazımi tibbi yardım göstərilir". Dağıntıların miqyası və zərərçəkənlərin sayı barədə məlumatı dəqiqləşdirilir. Geri qayıt |