Əsas Səhifə > REGİON > Ukraynanın Belqoroda zərbələri nəticəsində 1 nəfər ölüb, 9 nəfər yaralanıb
Ukraynanın Belqoroda zərbələri nəticəsində 1 nəfər ölüb, 9 nəfər yaralanıbBu gün, 11:55 |
|
Ukrayna ordusunun Rusiyanın Belqorod vilayətinə endirdiyi zərbələr nəticəsində 1 nəfər ölüb, 9 nəfər xəsarət alıb. Şəffaflıq.az Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə regionun qubernatoru vəzifəsini müvəqqəti icra edən Aleksandr Şuvayev bildirib. Onun sözlərinə görə, ötən sutka ərzində Ukrayna Silahlı Qüvvələri Belqorod vilayətinə 157 zərbə endirib. Yaralılardan dördü stasionar müalicə alır. Hava hücumundan müdafiə heyətləri və cəlb olunmuş bölmələr 177 PUA-nı zərərsizləşdirib. Geri qayıt |