Əsas Səhifə > DİGƏR ÖLKƏLƏR > ABŞ İrana qarşı ilk dəfə "B-1 Lancer" bombardmançısından istifadə edib
ABŞ İrana qarşı ilk dəfə "B-1 Lancer" bombardmançısından istifadə edibBu gün, 09:53 |
|
ABŞ Silahlı Qüvvələri İrana qarşı zərbələrin bərpasından sonra ilk dəfə olaraq "B-1 Lancer" strateji bombardmançısından istifadə edib. Şəffaflıq.az xəbər verir ki, bu barədə "Axios" portalı ABŞ administrasiyasındakı mənbələrə istinadən məlumat yayıb. Qeyd olunub ki, "B-1" bombardmançısının ilk döyüş uçuşu ABŞ-ın İrana qarşı hərbi kampaniyasının genişləndirilməsinin göstəricisi hesab olunur. Mənbələrin bildirdiyinə görə, strateji bombardmançının iştirakı ilə həyata keçirilən zərbə üçün Böyük Britaniyada yerləşən hərbi bazadan istifadə olunub. Geri qayıt |