Əsas Səhifə > EKOLOGİYA > Azərbaycanda iqlim məlumat alt-sistemi yaradıla bilər
Azərbaycanda iqlim məlumat alt-sistemi yaradıla bilərBu gün, 16:47 |
|
Azərbaycanda iqlim məlumat alt-sistemi yaradıla bilər. Şəffaflıq.az xəbər verir ki, bu məsələ Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ictimai müzakirəyə təqdim etdiyi "İqlim haqqında" yeni qanun layihəsində öz əksini tapıb. Sənəddə qeyd olunub ki, məlumat sisteminin emissiya məlumatlarının monitorinq, hesabatlılıq və yoxlama çərçivəsində təqdim edilən hesabatların, milli inventarlaşdırma nəticələrinin, karbon reyestri üzrə məlumatların, karbon layihələrinin, iqlim maliyyəsi və uyğunlaşma tədbirləri üzrə məlumatların vahid qaydada elektron mübadiləsi və analitik emalı məqsədilə yaradılması nəzərdə tutulur. İqlim məlumat alt-sistemi məlumatların elektron təqdim edilməsini, avtomatlaşdırılmış yoxlanılmasını, arxivləşdirilməsini, dəyişiklik tarixçəsinin saxlanılmasını, statistik təhlilini və hesabatların formalaşdırılmasını təmin edir. İqlim məlumat alt-sisteminin yaradılması və istismarı REİS-in ("Rəqəmsal ekologiya" informasiya sistemi) Əsasnaməsinə uyğun olaraq həyata keçirilir. Məlumatların açıqlanması şəffaflıq prinsipi əsasında həyata keçirilir və kommersiya sirri, fərdi məlumatların qorunması, informasiya təhlükəsizliyi və dövlət sirri tələbləri nəzərə alınır. İqlim məlumat alt-sisteminin digər dövlət informasiya sistemləri ilə inteqrasiyası qanunvericiliklə müəyyən edilmiş qaydada həyata keçirilir. Geri qayıt |