Əsas Səhifə > Maraqlı > Günün qoroskopu:Hər şey ilk baxışdan göründüyü kimi pis deyil.
Günün qoroskopu:Hər şey ilk baxışdan göründüyü kimi pis deyil.26-03-2020, 00:12 |
Şəffaflıq.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir.Qoç - tərəfdaşlar, rəhbərlik və ya rəqiblərin reaksiyasının dəqiqləşdirilmədiyi məkanlarda aktiv olmayın. Şəraitə uyğun davranın, çalışdığınız layihələrin təfərrüatlarına daha çox diqqət yetirin. Avantüraları istsina edin. Konstruktiv əsası olan məsələlərə daha çox fikir verin. Buğa - işlərinizi artırmayın, izafi öhdəliklər götürməyin. Belədə tez yorula bilərsiniz. Prioritetləri müəyyənləşdirin və əvvəllər yerinə yetirə bilmədiyiniz işlərin öhdəsindən gəlmək şansını dəyərləndirin. Ünsiyyətdə məhdudiyyət yoxdur. Maraqlı şəxslərlə danışıqlar aparın. Müzakirələr və sövdələşmələr üçün əlverişli gündür. Əkizlər - dostlar məsləhəti, yardım və ya köməklə dadınıza çata bilər. Qəfil an olsa da, yetərli effektə nail olmaq üçün şansdan yararlanın. Emosional narazılıq, təşviş sizi təbdən çıxara bilər. Alış-veriş uğurlu olmayacaq, pulların mənasız sərfiyyatına çevriləcək. Xərçəng - cari situasiyanın sizdən tələb etdiyi məqamları dürüst hesablayın. İşdə həmkarlarla münasibətlərdə gərginlik yaratmayın, problemi çözməyin yolunu tapın. Emosiyalarınızı gərərək əlavə problemlər yaratmayın. Tələskənlik etməyin, hövsələsiz davranmayın. Təmkinli və soyuqqanlı olun. Vaxtınızı əsassız xülyalara sərf etməyin, ciddi işlərlə məşğul olun. Şir - yaşanacaq hadisələrə süni təkan verməyin. Olaylar öz məcrasında, spontan şəkildə inkişaf etsin. Cavab reaksiyasını ləngitməyin. Aktiv olun, enerjili fəaliyyət göstərin. Tələskənlik, hövsələsizlik etməyin. Yalnız öz maraqlarını düşünərək yaxın ətrafınızdakı insanların mənafelərini heçə saymayın. Qız - Kollektiv işə töhfəniz ciddi ola bilər. Məqsədi dəqiqləşdirin, rolunuzu dəqiq yerinə yetirin. Bundan sonrakı fəaliyyətinizin istiqamətləri müəyyənləşir. Yeni informasiya, suallara cavablar peyda olur. Axşam saatlarında sakit məşğuliyyəti seçin, istirahət edin. Səhhətinizə fikir verin. Tərəzi - günün ilk yarısında yaradıcılıq potensialı yüksəkdir. Əvvəllər çözə bilmədiyiiz bir neçə problemi asanlıqla həll edəcəksiniz. Məsləhət və göstərişləriniz yaxın ətrafınızdakı insanların xoşuna gələcək. Yeni müttəfiq və tərəfdaş tapmaq şansı var. Günün yaratdığı imkanlardan yararlanmaq üçün səy göstərmək gərəkdir. Əqrəb - əlverişli, işdə və şəxsi münasibətlərdə yeni perspektivlərlə imkanlar yaradan gündür. İctimai həyatda aktiv iştirak edin. Tədbirlərə qatılın, vaxtınızı maraqlı keçirin. Nüfuzlu insanlarla görüş və danışıqlarda xeyir var. Yeni hami, sizə dəstək olacaq insan tapa bilərsiniz. Oxatan - alış-veriş üçün əlverişli gündür. Güzəştlərə getmək gərəkdir. Bir addım geri çəkilsəniz, nüfuzunuza zərbə dəyməz, münasibətlərdə sərinlik yaranmaz. Yaxın ətrafınızdakı insanlara qarşı irəli sürdüyünüz tələblər məntiqidir. Ailəlisinizsə, uşaqlarla dil tapın. Sərt və aqressiv olmayın. Oğlaq - kiçik problemlər, xırda anlaşılmazlıqlar, sizi təbdən çıxaran nüanslar günüdür. Neqativ emosiyalar baş verənləri dəqiq qiymətləndirməyə mane olur. Halbuki işlərin axarı o qədər də pis deyil. İşlə bağlı, şəxsi həyatda da problemlər təcili həllini tələb edir. Prioritetləri nə qədər tez müəyyənləşdirsəniz, bir o qədər yaxşıdır. Dolça - maliyyə çətinlikləri yarana bilər. Planlaşdırılmamış alış-verişdən, bahalı əyləncədən imtina edin. Yaşam potensialının səviyyəsi aşağıdır. Günün ikinci yarısında travma və ağrı riski var. Ağır işə başlamayın. Balıqlar - tənbəllik etməyin, işləri təxirə salmayın. İndi aktiv fəaliyyət zamanıdır. Günün ikinci yarısında maliyyə çətinliklərinin əhvalınızı pozması istisna deyil. Pərişan olmayın. Hər şey ilk baxışdan göründüyü kimi pis deyil.Milli.Az Geri qayıt |