Əsas Səhifə > MALİYYƏ > Əmanətlərin Sığortalanması Fondunun rəsmiləri EFDI-ın Buxarestdə keçirilən illik görüşündə iştirak edib
Əmanətlərin Sığortalanması Fondunun rəsmiləri EFDI-ın Buxarestdə keçirilən illik görüşündə iştirak edibBu gün, 13:02 |
|
Əmanətlərin Sığortalanması Fondunun (ƏSF) rəsmiləri Rumıniyanın Buxarest şəhərində keçirilmiş Avropa Əmanət Sığortaçıları Forumunun (European Forum of Deposit Insurers – EFDI) 2026-cı il üzrə illik görüşündə iştirak ediblər. İllik görüş çərçivəsində təşkil olunmuş İnvestisiyaların Sığortalanması Mexanizmi (İSM) üzrə beynəlxalq konfransda panelist qismində çıxış edən ƏSF-in Sığorta və risklərin idarə edilməsi departamentinin direktoru Cəlal Rayi investisiyaların sığortalanması mexanizmlərinin yaradılmasının əhəmiyyəti, yeni təsis olunan İSM-lərin formalaşdırılması zamanı qarşıya çıxan institusional və hüquqi çağırışlar, eləcə də bu sahədə qanunvericilik bazasının təkmilləşdirilməsi ilə bağlı mövqeyini ifadə edib. Panel Kanadanın İnvestorların Qorunması Fondunun vitse-prezidenti Ilana Singerin moderatorluğu ilə keçirilib. Müzakirələrdə ABŞ-ın Qiymətli Kağızlar üzrə İnvestor Qoruma Korporasiyasının prezidenti Mixael Post, Dünya Bankının aparıcı mütəxəssisi Ana Karvajal (Ana Carvajal) və Qərbi Afrika kapital bazarları üzrə mütəxəssisi Ripert Bossoukpe panelist qismində iştirak ediblər. Əmanətlərin Sığortalanması Fondunun EFDI-ın illik görüşündə təmsil olunması beynəlxalq əməkdaşlığın genişləndirilməsi, qabaqcıl təcrübənin öyrənilməsi və əmanətlərin sığortalanması sahəsində institusional potensialın gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Qeyd edək ki, EFDI əmanətlərin sığortalanması və investorların qorunması sahəsində fəaliyyət göstərən milli qurumları bir araya gətirən, qabaqcıl beynəlxalq təcrübənin paylaşılması, peşəkar əməkdaşlığın inkişaf etdirilməsi və maliyyə sabitliyinin gücləndirilməsi istiqamətində fəaliyyət göstərən nüfuzlu beynəlxalq təşkilatlardan biridir. Şəffaflıq.az Geri qayıt |