Əsas Səhifə > Mədəniyyət > Azərbaycanlı jurnalistlər Qırğızıstanda "Ala-Arça" təbiət parkını ziyarət ediblər
Azərbaycanlı jurnalistlər Qırğızıstanda "Ala-Arça" təbiət parkını ziyarət ediblərBu gün, 12:59 |
|
Qırğızıstan Azərbaycanın media nümayəndələri üçün mediatur təşkil edib, bu tur çərçivəsində jurnalistlər ölkənin əsas turistik məkanları, onun turizm, eləcə də mədəni və media potensialı ilə tanış olacaqlar. "Report"un Bişkekə ezam olunmuş əməkdaşı xəbər verir ki, Bişkekdə proqramın ilk günü başlayıb. Azərbaycanın media nümayəndələri Qırğızıstanın paytaxtından təxminən 40 km məsafədə yerləşən "Ala-Arça" dövlət təbiət parkını ziyarət ediblər. Park respublikanın əsas təbii görməli yerlərindən biri hesab olunur və mənzərəli dağ peyzajları, dərələri və fəal istirahət imkanları ilə hər il minlərlə turisti cəlb edir. Parkı gəzinti çərçivəsində qonaqlar kanat yolu ilə yuxarı qalxıblar, bu yolun üst stansiyasından Ala-Arça dərəsinə, ətraf dağ zirvələrinə panoramik mənzərələr açılır. Şəffaflıq.az Geri qayıt |