Əsas Səhifə > Hadisə > FHN: İki nəfər dənizdə batma təhlükəsi ilə üzləşib
FHN: İki nəfər dənizdə batma təhlükəsi ilə üzləşibBu gün, 11:08 |
|
İki nəfər Bakının Sabunçu rayonunun Nardaran və Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbələrində dənizdə nəzarətsiz ərazidə batma təhlükəsi ilə üzləşib. Bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. Məlumatlarla əlaqədar dərhal FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb edilib. Həyata keçirilən operativ xilasetmə əməliyyatları sayəsində dənizdə batma təhlükəsində olan vətəndaşlar, 1997-ci il təvəllüdlü Əlizadə Cəfər Fikrət oğlu Nardaran qəsəbəsində ən yaxın sularda xilasetmə məntəqəsindən 2 km aralıda və 1996-cı il təvəllüdlü Quliyev Ceyhun Hüseyn oğlu H.Z.Tağıyev qəsəbəsində ən yaxın sularda xilasetmə məntəqəsindən 300 metr aralıda dalğıc-xilasedicilər tərəfindən xilas edilərək təhlükəsiz əraziyə çıxarılıblar. Şəffaflıq.az Geri qayıt |