Əsas Səhifə > REGİON > Kütahyada sərnişin avtobusu aşıb, 31 nəfər xəsarət alıb

Kütahyada sərnişin avtobusu aşıb, 31 nəfər xəsarət alıb


Bu gün, 11:06


Türkiyənin Kütahya-Afyonkarahisar avtomobil yolunda sərnişin avtobusu baryerə çırpılaraq aşıb.

Şəffaflıq.az "TRT Haber"ə istinadən xəbər verir ki, 31 nəfər yaralanıb.

Yaralılar təcili yardım maşınları ilə ətrafdakı xəstəxanalara aparılıb.

Qəza səbəbindən yolun Afyonkarahisar istiqaməti nəqliyyatın hərəkəti üçün bağlanıb.


Geri qayıt