Əsas Səhifə > Gündəm > Şamaxı Şəhidlərini Andı-FOTO
Şamaxı Şəhidlərini Andı-FOTO20-01-2019, 20:05 |
İsrayılov Ağanəzər Araz oğlu Məmmədov Vidadi Üzeyir oğlu Xalqımızın qan yaddaşında əbədi həkk olan 20 yanvar faciəsi Respublikamızın bütün bölgələrində olduğu kimi Şamaxı rayonunda da hüzünlə qeyd olunub. Şamaxılılar Azərbaycanın müstəqilliyi uğrunda canından keçənləri anmağ üçün Şəhidlər xiyabanına axın ediblər . 93 şəhidin xatirəsinə ucaldılmış abidə kompleksində izdiham yaşanıb. 20 yanvar hadisələrinin 29-cu il dönümü rayon ictimaiyyətinin nümayəndələri ilə yanaşı,rayon icra başçısı, N saylı hərbi hissənin şəxsi heyəti də iştrak edib. İnsanlar Şəhidlər xiyabanı yad edilib, şəhidlərin məzarı üzərinə gül dəstələri düzüblər.Hadisənin canlı şahidləri baş vermiş o dəhşətli qətliyamdan danışıb.Bildirilib ki, o gecə şəhid olanlar öz qanları ilə şərfli və müstəqil Azərbaycan tarixi yazıblar. Şamaxı rayon İcra Hakimiyyətinin Başçısı Tahir Məmmədov hər bir şəhid ailəsilə görüşərək, onlara başsağlığı verib, şəhidlərin ruhuna dualar oxuddurub. Qeyd edək ki, o qanlı gecədə Şamaxıda iki igid vətən oğlanlarını Ağanəzər İsrayılov və Vidadi Məmmədovu itirib. 20 Yanvar 1990-cı il Xalqımızın Qəhrəmanlıq salnaməsinə yazılan şanlı tariximizdir . Müstəqilliyimizin əldə olunması, inkişaf etdirilməsi və qorunub saxlanılmasında canlarından keçən bütün igid bacı-qardaşlarımıza, Allahdan rəhmət diləyirik ! VƏTƏN,BAŞIN SAĞ OLSUN! Vahid İsmayılov ŞƏFFAFLIQ.AZ Geri qayıt |