Əsas Səhifə > DİGƏR ÖLKƏLƏR > BVF Ukraynaya 690 milyon dollar vəsaitin ayrılmasını təsdiqləyib
BVF Ukraynaya 690 milyon dollar vəsaitin ayrılmasını təsdiqləyibBu gün, 10:03 |
|
Beynəlxalq Valyuta Fondunun (BVF) İcraçı Direktorlar Şurası yeni kredit dəstəyi proqramı çərçivəsində Ukraynaya 690 milyon dollar məbləğində vəsait ayrılmasını təsdiqləyib. Şəffaflıq.az xəbər verir ki, bu barədə fondun mətbuat xidmətinin yaydığı bəyanatda deyilir. Qərar ümumi həcmi 8,1 milyard dollar olan və dörd il üçün nəzərdə tutulan Kiyevə kredit dəstəyi proqramının icrasına dair ilk icmalın başa çatmasından sonra qəbul edilib. BVF qeyd edib ki, icmalın başa çatması növbəti vəsaiti dərhal köçürməyə imkan verir. Beləliklə, yeni proqram çərçivəsində Ukraynaya ayrılan vəsaitin ümumi həcmi təqribən 2,2 milyard dollara çatacaq. Vəsaitin ayrılması barədə ilkin razılıq iyunun 12-də əldə edilib. Geri qayıt |