Əsas Səhifə > Hadisə > Salyanda 4 nəfərin öldüyü avtoqəza ilə bağlı cinayət işi başlanılıb
Salyanda 4 nəfərin öldüyü avtoqəza ilə bağlı cinayət işi başlanılıbBu gün, 09:52 |
|
Salyanda 4 nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb. Şəffaflıq.az xəbər verir ki, Salyan rayonu Şorsulu kənd sakini 1963-cü il təvəllüdlü Qasımov Nazim Həsənağa oğlu idarə etdiyi "VAZ-2106" markalı avtomobillə 1988-ci il təvəllüdlü Dadaşov Razi Namus oğlunun idarə etdiyi "Toyota Prado" markalı avtomobillə toqquşub. Nəticədə "VAZ-2106" markalı avtomobilin sürücüsü Nazim Qasımov, sərnişinlər Salyan rayonu, Şorsulu kənd sakinləri 1982-ci il təvəllüdlü Qasımov İlkin Qismət oğlu, 2006-cı il təvəllüdlü Əhmədov Elnur Faiq oğlu, 1972-ci il təvəllüdlü Əsədov Vüqar Tahir oğlu hadisə yerində ölüb. 2003-cü il təvəllüdlü Hümmətov Əlifağa Elsevər oğlu və "Toyota Prado" markalı avtomobildə olan sərnişin Salyan rayonu, Alçalı kənd sakini 2015-ci il təvəllüdlü Dadaşzadə Namus Razi oğlu müxtəlif dərəcəli bədən xəsarətləri ilə Salyan RMX-na daxil olublar. Faktla bağlı Salyan rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə cinayət işi başlanılıb. Geri qayıt |