Əsas Səhifə > İnfrastruktur > Zaur Mikayılov Füzulidə vətəndaşları qəbul edib

Zaur Mikayılov Füzulidə vətəndaşları qəbul edib


Bu gün, 16:19


Bu gün Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov Füzuli şəhərində Füzuli, Ağdam, Xocavənd və digər rayonlardan olan vətəndaşları qəbul edib, onların müraciətlərini dinləyib, ərizə və şikayətlərinə baxıb.

Şəffaflıq.az agentliyə istinadən xəbər verir ki, sədr qaldırılan məsələlərin hərtərəfli öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlar verib.

Müraciətlər əsasən içməli su təchizatının və kanalizasiya sistemlərinin yenidən qurulması, işə qəbul və digər məsələlərlə bağlı olub.

Vətəndaşların müraciətlərinin bir qismi yerindəcə həllini tapıb, qaldırılan bəzi məsələlər isə araşdırılması üçün nəzarətə götürülüb.


Geri qayıt