Əsas Səhifə > SİYASƏT > Ombudsmanın çağrı mərkəzinə sosial yardımla bağlı ehtimal olunan hüquq pozuntuları üzrə 1617 zəng daxil olub

Ombudsmanın çağrı mərkəzinə sosial yardımla bağlı ehtimal olunan hüquq pozuntuları üzrə 1617 zəng daxil olub


Bu gün, 15:44


Azərbaycanda 2026-cı ilin birinci yarısında İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsman) "916" Çağrı Mərkəzinə ünvanlı dövlət sosial yardımla bağlı ehtimal olunan hüquq pozuntuları üzrə 1617 zəng daxil olub.

Ombudsman Aparatından verilən məlumata görə, bu barədə 2026-cı ilin birinci yarısında İnsan Hüquqları üzrə Müvəkkilin "916" Çağrı Mərkəzinə daxil olan zənglərin statistikasında qeyd olunub.

Bildirilib ki, həmçinin kommunal problemlərlə bağlı 1465, müayinə və müalicə ilə bağlı 1155, əlilliyin müəyyən edilməsi ilə bağlı 898, Aliment məsələləri ilə bağlı 784, Dövlət Yol Polisinin fəaliyyəti ilə bağlı 779, Məşğulluqla bağlı 707, əmək mübahisəsi ilə bağlı 667, Təhsil məsələləri ilə bağlı 581, ehtimal olunan qeyri-obyektiv təhqiqat-istintaq ilə bağlı 555, maddi yardımla bağlı 371, müraciətin qeyd alınmaması ilə bağlı 322, bank kredit məsələləri ilə bağlı 321, qanunsuz saxlanma ehtimalı ilə bağlı 282, məhkəmə qərarlarının icra olunmaması ilə bağlı 224 zəng daxil olub.

Qeyd edək ki, sözügedən məsələlər üzrə 2026-cı ilin birinci yarısında İnsan Hüquqları üzrə Müvəkkilin "916" Çağrı Mərkəzinə 3462 nəfər zəng edib.

Şəffaflıq.az


Geri qayıt