Əsas Səhifə > SİYASƏT > VK Rəyasət Heyətinin geniştərkibli iclası və vəkilliyə namizədlərin andiçmə mərasimi keçirilib

VK Rəyasət Heyətinin geniştərkibli iclası və vəkilliyə namizədlərin andiçmə mərasimi keçirilib


Bu gün, 12:34


Vəkillər Kollegiyasının (VK) Rəyasət Heyətinin geniştərkibli iclası və vəkilliyə namizədlərin təntənəli andiçmə mərasimi keçirilib.

Şəffaflıq.az xəbər verir ki, tədbirdə VK rəhbərliyi ilə yanaşı, Prezident Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin Hüquqi xidmətlərin göstərilməsi məsələləri sektorunun müdiri Həsən Bağırov, VK Rəyasət Heyətinin üzvləri, vəkil qurumlarının rəhbərləri, vəkillər, eləcə də kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak ediblər.

A. Bağırov bildirib ki, 2018-ci ildən etibarən vəkilliyə qəbul prosesi əhatə dairəsi və şəffaflıq baxımından əhəmiyyətli dərəcədə genişləndirilib. Bu müddət ərzində 17 test imtahanı keçirilib, 7 000-dən artıq namizəd həmin imtahanlarda iştirak edib. Onlardan 2 174 nəfər icbari təlim proqramını uğurla başa vuraraq and içib və Kollegiya üzvlüyünə qəbul olunub.

Nəzərə çatdırılıb ki, bugünkü mərasimdə daha 67 namizəd təntənəli şəkildə vəkil andı içərək VK sıralarına qoşulub. Bununla da ölkədə fəaliyyət göstərən vəkillərin ümumi sayı ilk dəfə olaraq 3 003 nəfərə çatıb. Qeyd olunub ki, bu göstərici Azərbaycan vəkilliyinin inkişafında mühüm mərhələ olmaqla yanaşı, ölkədə hüquqi yardımın əlçatanlığının genişləndirilməsi və vəkillik institutunun gücləndirilməsi istiqamətində həyata keçirilən islahatların uğurlu nəticəsidir.

Sədr çıxışına əlavə edib ki, yeni qəbul olunan vəkillərdən 37 nəfəri kişi, 30 nəfəri qadındır. Onlardan 8 nəfəri regionlarda, 59 nəfəri isə Bakı şəhərində fəaliyyət göstərəcək. Yeni qəbul nəticəsində qadın vəkillərin sayı 701 nəfərə yüksəlib ki, bu da ümumi vəkil korpusunun təxminən 23 faizini təşkil edir.


Geri qayıt