Əsas Səhifə > SAĞLAMLIQ > AQTA: Kərə yağlarının yoxlanılması zamanı istehlakçını çaşdıran məlumatlar üzə çıxıb

AQTA: Kərə yağlarının yoxlanılması zamanı istehlakçını çaşdıran məlumatlar üzə çıxıb


Bu gün, 11:19


Kərə yağları ilə bağlı aparılan plandankənar yoxlamalar zamanı bəzi hallarda etiketləmə qaydalarının pozulması, istehlakçını çaşdıran və ya həqiqəti əks etdirməyən məlumatların təqdim edilməsi halları müşahidə olunur.

Şəffaflıq.az xəbər verir ki, bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Qida təhlükəsizliyi şöbəsinin müdiri Validə Sadıxova qurumun 6 ayı üzrə fəaliyyətinin yekunlarına dair mətbuat konfransında deyib.

O bildirib ki, belə faktlar aşkar edildikdə qanunvericiliyə uyğun tədbirlər görülür:

"Əsas məqsəd bazarda təhlükəsiz və keyfiyyətli məhsulların dövriyyəsini təmin etmək, istehlakçıların hüquqlarını qorumaq və sahibkarların qanunvericiliyin tələblərinə əməl etməsinə nail olmaqdır".


Geri qayıt