Əsas Səhifə > DİGƏR ÖLKƏLƏR > Rusiyanın Ukraynaya endirdiyi zərbələr nəticəsində 5 nəfər ölüb, 22 nəfər yaralanıb

Rusiyanın Ukraynaya endirdiyi zərbələr nəticəsində 5 nəfər ölüb, 22 nəfər yaralanıb


Bu gün, 10:42


Rusiya Silahlı Qüvvələrinin Ukraynaya endirdiyi zərbələr nəticəsində 5 nəfər ölüb, daha 22 nəfər yaralanıb.

Şəffaflıq.az xəbər verir ki, bu barədə "İnterfaks-Ukrayna" məlumat yayıb.

Qeyd olunub ki, Odessada hücum nəticəsində 2 nəfər ölüb, ikisi uşaq olmaqla 10 nəfər xəsarət alıb.

Sumı vilayətində 7 nəfərin xəsarət aldığı qeydə alınıb, onların arasında bir uşaq var.

Bundan əlavə, Zaporojye vilayətində Rusiyanın zərbələri nəticəsində 3 nəfər ölüb və daha 5 nəfər yaralanıb.


Geri qayıt