Əsas Səhifə > FUTBOL > Azərbaycan Premyer Liqasında yeni mövsümün püşkü atılır
Azərbaycan Premyer Liqasında yeni mövsümün püşkü atılırBu gün, 09:44 |
|
Futbol üzrə Azərbaycan Premyer Liqasında 2026/2027 mövsümünün püşkatma mərasimi keçiriləcək. Şəffaflıq.az-ın məlumatına görə, tədbir bu gün, saat 15:00-da start götürəcək. Çempionatda "Araz-Naxçıvan", "İmişli", "Kəpəz", "Qarabağ", "Qəbələ", "Neftçi", "Sabah", "Sumqayıt", "Şamaxı", "Şəfa", "Turan Tovuz" və "Zirə" komandaları mübarizə aparacaq. Xatırladaq ki, Premyer Liqanın 2026/2027 mövsümünə avqustun 14-də start veriləcək. Ötən mövsüm "Sabah" çempionatın qalibi olub. Geri qayıt |