Əsas Səhifə > SİYASƏT > Azərbaycanda bu ildən məktəblilərə süni intellekt və kibertəhlükəsizlik dərsləri keçiriləcək
Azərbaycanda bu ildən məktəblilərə süni intellekt və kibertəhlükəsizlik dərsləri keçiriləcəkBu gün, 13:23 |
|
Azərbaycanda bu ilin sentyabrından məktəblilərə süni intellekt və kibertəhlükəsizlik dərsləri keçiriləcək. Şəffaflıq.az xəbər verir ki, bunu Elm və Təhsil Nazirliyinin Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin rəisi Vüsal Xanlarov Bakıda keçirilən Rəqəmsal arxitektura: Proqram idarəetməsi və nəticəəsaslı yanaşma" mövzusunda dəyirmi masada deyib. O bildirib ki, hazırda rəqəmsal layihələrin 500 min əhatəni daha da genişləndirilməsi üzərində işlər görülür: "Amma bunun üçün həm infrastruktur, həm də hazırlıqlı müəllim olmalıdır ki, biz bunları bütün ölkəyə tətbiq edək. Buna baxmayaraq, sentyabrdan, yəni yeni tədris ilindən etibarən beşinci sinifdən başlayaraq süni intellekt mövzularını da daxil etmişik. Eyni zamanda kibertəhlükəsizliklə bağlı beşinci sinifdən başlayaraq onuncu sinifə qədər hər sinifdə müəyyən mövzular tədris olunmağa başlayacaq. Bu istiqamətdə müəllimlərin təlimləri hazırda həyata keçirilir. 300 mindən çox şagird STEM üzrə təhsil alır. Bu istiqamətdə İT və mühəndislik bacarıqların tətbiqini dəstəkləyən bir təlim proqramıdır". V.Xanlarov qeyd edib ki, ali təhsil müəssisələrində İT ixtisaslarına qəbul sayında kəskin artım var: "2015-2025-ci illəri müqayisə etsək, biz İT ixtisasların qəbulunda beş dəfədən çox artım müşahidə edirik. Bu da bizi sevindirir və ali təhsil müəssisələrində bu qəbulun artımına dəstəkləyəcək müəllim kontingentinin artırılmasına töhfəsini verir. Türkiyə, İtaliya və Fransa ilə birgə universitet və ikili diplom proqramları başlanılıb. Bu yaxınlarda çox əlamətdar bir layihə də başlanıb". Geri qayıt |